Payızın son nəfəsi.
Bu həftəsonu rayona getmişdim, hava çox gözəl idi. Yol boyu bizi duman müşayiət elədi, narın və sakit yağış yağırdı. Yolun kənarı göbələk satan uşaqlarla və satdığları göbələklərlə dolu idi. Hava yağışlı olduğu üçün göbələk bol idi, hayıf ki, fotosunu çəkməyi unutdum, evə çatan kimi bişirib yedik.
Uşaqlıqda payızda və yazda yağışdan sonra o qədər göbələk yığmışıq ki. Bu təsvir edilə bilməyəcək dərəcədə zövqlü bir işdir-göbələk yığmaq. Bəzən düşünürəm ki,təbiətlə bağlı olan ən zövqlü və əyləncəli məşğuliyyətlərləri uşaqlıqda daha çox həyata keçirmişəm. Tez böyüməyi arzulayarkən necə də ağılsız olmuşuq...
Təbiət bütün fəsillərdə olduğu kimi payızda da fırçasını və boyasını işə salıb. Hər yeri ən sevdiyi rənglər olan sarı, qırmızı,narıncı rəngə boyayıb. Bağçadakı güllərin və ağacların yarpaqlarını yağış yuyub təmizləmişdi, payızın naxışlarını daha da parlaq etmişdi.
Bu fotoları çəkəndə payızın son nəfəsini hiss etdim, elə bil, o,öz yerini qışa verib getmək istəmirdi..
Rəssam təbiətin emalatxanası rənglərlə zəngindir, fantaziyası bitib-tükənməzdir. O, hər fəsildə bizi fərqli gözəlliklərlə heyran edir, ürəyimizi müxtəlif hiss və həyəcanla doldurur.
Məncə buna görə təbiətə təşəkkür etməyə dəyər.
Leave Payızın son nəfəsi. to:
Read more #steemix posts
Best Posts From Tarana
We have not curated any of taranaq19's posts yet. But you can encourage our curation team to review posts by visiting them regularly and by referring other readers. Because we give priority to frequently read content.